Xəbər lenti

İdman 20:22 03.11.2019

Bu futbolçunu 20 klub transfer etmək istəyir

"Zalsburq"un futbolçusu Erlinq Haland Avropanın 20 tanınmış klubundan təklif alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. 

Qəzetin məlumatına görə, 19 yaşlı forvardı istəyən klubların arasında "Real", "Barselona", "Atletiko", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Arsenal", "Bavariya", "Yuventus" kimi dünya nəhəngləri var.

"Mançester Yunayted" və "Yuventus" artıq gənc futbolçu üçün Avstriya klubuna təklif hazırlayıb. Hər iki klub Haland üçün 60 milyon avro təklif edəcək.

Qeyd edək ki, Haland 2000-ci ilin 21 iyulunda İngiltərənin Lids şəhərində doğulub. O, 2009-cu ildə Norveçin "Molde" klubundan "Zalsburq"a 5 milyon avroya transfer olunub. Cari mövsümdə Avstriya klubunun heyətində 15 oyun keçirən futbolçu 22 qol vurub və 6 məhsuldar ötürmə edib. O, hazırda Çempionlar Liqasının (3 oyun, 6 qol) və Avstriy Bundesliqasının (10 oyun, 12 qol) bombardirlər yrışına başçılıq edir. 

Haland Norveçin bütün aşağı yaş qrupları üzrə yığmalarında çıış edib. Bu ildən əsas milliyə çağırınlan 19 yaşlı forvard 2 oyunda meydana çıxıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->