"Görüşdən sonra Moskva ilə Ankara arasındakı münasibətlər görüşdən əvvəlkinə nisbətən xeyli yumşalacaq. Bu yumşalmanın Azərbaycana da xeyri var”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov sentyabrın 29-da Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra Moskva-Ankara münasibətlərində nələrin gözləniləcəyi barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, müəyyən məsələlərdə tərəflər razılığa gələcək:
"Ərdoğanla Putin arasındakı görüşdə mövcud problemlərin hansının hansı dərəcədə həll olunu-olunmayacağı təbii ki, görüşdən sonra bu iki dövlətin özlərini necə aparmaları fonunda bəlli olacaq. Şübhəsiz ki, Soçi görüşü əsnasında münasibətlərdə müəyyən normallaşma baş verəcək. Ola bilsin, Cənubi Qafqazda Rusiya Türkiyəyə, Suriya məsələsində isə ikinci birinciyə güzəştə getsin. Liviya məsələsində isə pariteti saxlaya bilərlər”.
Politoloq düşünür ki, Türkiyə və Rusiyanın hazırda beynəlxalq aləmdə tutduğu mövqe və üzləşdikləri ikili standartlar bu ölkələri bir-birilə münasibətləri yaxşılaşdırmağa sürükləyir:
"Doğrudur, bir görüşlə bütün problemləri həll etmək mümkün deyil. Sadəcə bəzi məsələləri həll edəcəklər, digər məsələlərdə isə müəyyən yumşalmalar baş verəcək. Adətən yüksək səviyyəli görüşlər münasibətləri normallaşdırmaq və arada olan problemləri həll etmək məqsədilə təşkil edilir”.
Rüfət Sultan
Şərhlər