Xəbər lenti

Bu gün 62 olacaqdı...
Ölkə 18:15 15.06.2013

Bu gün 62 olacaqdı...

Bu gün Azərbaycanın məşhur fotoqrafı Oktay Məmmədovun 62 yaşı tamam olur. 

“Qafqazinfo” xəbər verir ki, Məmmədov Oktay Aydın oğlu 1951-ci il iyunun 15-də Salyan rayonu Qara-cala kəndində anadan olub. 1968-ci ildə Bakı şəhərindəki 62 saylı orta məktəbi bitirib. 1968-1971-ci illərdə Dinamo və Neftçi klublarında çıxış edib.

1971-1977 –ci  illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb.

1975-1976 –cı illərdə SSRİ tərkibində Leninqradda və Sank-Peterburqda hərbi xidmətdə olub. 

1976-1989-cu illərdə Krasin adına Dövlət Rayon Elektrik Stansiyasında idman üzrə baş instruktor işləyib. 1989-cu ildən (“Azərinform”) Azərtac-da foto müxbir, müavin, baş redaktor daha sonra baş foto müxbir vəzifəsində çalışıb.

Oktay Məmmədov işlədiyi müddət ərzində bir çox diplom, sertifikat və medallarla təltif olunub. 1999-cu ildə Azərbaycanın mərhum prezidenti H.Əliyev tərəfindən “Əməkdar İncəsənət Xadimi” adına layiq görülüb. 2005-ci ildə İ.Əliyev tərəfindən “Tərəqqi” mükafatı ilə təltif olunub.

Oqtay Məmmədov 2009-ci il yanvarın 20-də "Şəhidlər xiyabanı"nda peşəsini icra edərkən ürək tutmasından vəfat edib. 22 iyul 2009-cu ildə "Media Açarı" mükafatına layiq görülüb. Ailəlidir, 1 oğlu və 1 qızı var.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->