"Hesab edirəm ki, bu gün Kəlbəcər rayonu təhvil götürüləcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib. Onun fikrincə, Azərbaycan ordusu Kəlbəcərə getməlidir:
"Əsgərlər bu torpaqları kontrol altına götürməlidir. Ərazi çox böyükdür. Relyefi də çox müərrəkbədir, ona görə proses vaxt aparacaq. İkincisi də onun komminikasiyası da bir sistem olaraq düzəlməlidir. Kəlbəcərə gediş-gəliş həll olunmalıdır”.
Tofiq Zülfüqarov qeyd edib ki, iqlim və mövsümlə əlaqədar olaraq bəzi yollar işləməyəcək:
"Sülhməramlı qüvvələrin vasitəsi ilə Ağdərə ərazisindən istifadə üçün yol götürməliyik. Bu baxımdan məsələlər həll olunmalıdır”.
Qeyd edək ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Bağlanmış birgə sazişə görə erməni silahlı qüvvələri noyabrın 15-də Kəlbəcəri boşaltmalı idilər.
Xatırladaq ki, Ermənistan Rusiya vasitəsilə Azərbaycandan Kəlbəcər rayonunun boşaldılmasına görə 10 gün əlavə vaxt istəyib.
Bahar Rüstəmli
Şərhlər