Bu gün Bakının iki rayonunda içməli suyun verilişi məhdudlaşdırılacaq.
"Azərsu” ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, Babək prospektinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral kəmərin şəbəkəyə qoşulması və köhnə magistral xətlərin ləğvi ilə əlaqədar Xətai və Nizami rayonlarının bir hissəsinə (Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Şərhlər