Dünya 19:23 01.07.2020

Bu gündən Gürcüstandan bu ölkələrə uçuş olacaq

Gürcüstanın milli aviaşirkəti "Georgian Airways” iyul uçuşlarının cədvəlini açıqlayıb.

"Qafqazinfo” "Sputnik Georgia”ya istinadən xəbər verir ki, Gürcüstan müntəzəm uçuşların bərpasını avqustun 1-dək təxirə salmasına baxmayaraq, iyulun 1-dən etibarən xüsusi aviaşirkətlər tərəfindən uçuşların təşkilinə icazə veriləcək.

Gürcüstandan ilk uçuş iyulun 2-də İsrail istiqamətində reallaşacaq. Bundan əlavə Avropa şəhərlərinə də uçuşlar planlaşdırılır.

İyul ayında reallaşacaq bütün uçuşlar:


Qeyd edək ki, Avropa İttifaqı üzv ölkələrinə sərhədlərin açılmasının tövsiyə olunduğu 15 ölkənin siyahısına Gürcüstanı da daxil edib. Gürcüstan da öz növbəsində turist axınının gözlənildiyi ölkələrdə epidemioloji vəziyyətlə əlaqədar turizm mövsümünün açılışını avqustun 1-dək təxirə salıb.