Ölkə 27.01.2022

Bu gündən məktəbəhazırlıq qruplarında qış tətili başlayır

Bu gündən etibarən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında qış tətili günləri başlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Belə ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarının müvafiq bəndlərinə əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 27-31 yanvar tarixlərində qış tətili günləridir.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?