Ölkə 23:53 20.11.2019

Bu il Avropadan 1285 azərbaycanlı deportasiya olunacaq

Bu il Avropadan 1285 azərbaycanlının deportasiya olunacağı gözlənilir.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Real TV-yə müsahibəsində bildirib.

O deyib ki, bu ilin sonuna qədər Avropadan Azərbaycana 1000 nəfərdən çox şəxs deportasiya olunacaq. Artıq ilkin razılaşma əldə olunub.