Xəbər lenti

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 76 nəfər ölüb
Ölkə 13:35 22.10.2018

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 76 nəfər ölüb

Bu ilin 9 ayında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Qaynarinfo xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Reporta verilən məlumata görə, 2018-ci ilin 9 ayı ərzində respublika ərazisində 13 570 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1959 hadisə və ya 17% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 76 nəfər ölüb, 167 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib, 1267 nəfər təxliyə olunub.

Həmçinin 2018-ci ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə 13398 çıxış olub. Yanğın hadisələri zamanı 62 nəfər ölüb, 127 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 23 nəfər və ya 59% çoxdur, xəsarət alanlar üzrə 38 nəfər və ya 23% azdır.

Məlumatda qeyd olunur ki, 2018-ci ilin 9 ayi ərzində respublika ərazisində 45 partlayış hadisəsi baş verib ki, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 14 hadisə və ya  24% azdır. Partlayışlar zamanı 12 nəfər həlak olub,  37 nəfər xəsarət alıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->