Ekonomiks 22:02 18.09.2020

Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda maşın vә avadanlıqların, sair nәqliyyat vasitәlәrinin, avtomobil, qoşqu vә yarımqoşquların istehsalı sahәlәrindә 212,8 milyon manatlıq mәhsul istehsal edilib.

Qaynarinfo-nun məlumatına görə, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә avtomobil, qoşqu vә yarımqoşquların istehsalı 96,4 faiz, sair nәqliyyat vasitәlәrinin istehsalı isә 63,0 faiz, maşın vә avadanlıqların istehsalı 50,4 faiz artıb.

Yanvar-avqust aylarında 1170 әdәd vә ya ötәn ilin müvafiq dövrü ilә müqayisәdә 326 әdәd az minik avtomobili istehsal olunub.