Ölkə 16:03 17.04.2021

Bu il neçə nəfərə sosial müavinət və təqaüd ödənilib?

Yanvar-mart aylarında 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

Dövlət Sosial Müdafiə Fondundan Qaynarinfo-ya bildirilib ki, onlardan 409,3 min nəfər (o cümlədən, 386,6 min nəfər aylıq, 22,7 min nəfər birdəfəlik) sosial müavinətlə,  281,9 min nəfər isə Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Bu ilin birinci rübündə əhaliyə sosial müavinətlər üzrə 148,2 milyon manat, təqaüdlər üzrə 106 milyon manat ödənilib.