Xəbər lenti

Bu klub danışılmış oyunlara görə Azərbaycan çempionatından çıxdı
phrase_var_qaynar. 11:50 29.01.2020

Bu klub danışılmış oyunlara görə Azərbaycan çempionatından çıxdı

"Ağsu” futbol klubu birinci diviziondan uzaqlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL "Ağsu” futbol klubunu Azərbaycan birinci divizionundan kənarlaşdırmağı qərara alıb.

Komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->