Sağlamlıq 18:54 04.04.2020

Bu, koronavirusun qarşısını almağa kömək edir

Türkiyənin "Sözcü” qəzetində daxili tibb və nefrologiya mütəxəssisi, doktor Arzu Ağgülün koronavirusun qarşısının alınması ilə bağlı fikirlərinin yer aldığı məqalə dərc olunub.

Qaynarinfo xəbər verir ki, ekspert həmkarlarının koronavirusun qarşısının alınması üçün təmiz suyun bol istifadəsinə ehtiyacı barədə fikirləri ilə razılaşdığını bildirib. 

O, qeyd edib ki, su bədəndəki metabolik prosesləri tənzimləyən əsas vasitədir. Ağgülün qeyd etdiyi kimi, su təkcə hüceyrələrə qidalandırıcı maddələr vermir, həm də toksinlərin aradan qaldırılmasını təmin edir.

Alpər