Bu ölkə Azərbaycandan işçi istəyir

Bu ölkə Azərbaycandan işçi istəyir

Bolqarıstan ölkədə ucuz işçi qüvvəsi kimi azərbaycanlılara da ehtiyac olduğunu bildirib. 

Qaynarinfo "Qafqazinfo”ya xəbər verir ki, ölkəyə mövsümlük işçi olaraq gələn Ermənistan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşlarının ehtiyacları tam qarşılamadıqları bildirilib. Əhalinin sayı getdikcə azaldığından ucuz işçi qüvvəsi olaraq Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Monqolustan ilə əməkdaşlığa başlamaq qərara alınıb.

Məlumata görə, sadəcə turizm sektorunda işləmək üçün ölkəyə 8 mindən çox xarici vətəndaş gəlir.

Bu məqamda qeyd edək ki, 2011-ci ilin statistikasına əsasən, ölkə əhalisinin sayı 7,36 milyon olsa da, Avropa Birliyinə üzv olduqdan sonra say 7 milyondan aşağı enib.

Bolqarıstanda orta əmək haqqı 630 avrodur.
XƏBƏRLƏR
BLOGLAR