Xəbər lenti

Bu ölkə koronavirusa qarşı üç dərmanı sınaqdan keçirməyə başladı
Sağlamlıq 16:53 29.03.2020

Bu ölkə koronavirusa qarşı üç dərmanı sınaqdan keçirməyə başladı

Norveç koronavirus daşıyıcılarının laboratoriya şəraitində müalicəsinə başlayıb.

Qaynarinfo "Euronews”a istinadən xəbər verir ki, təcrübə malyariya və Ebola xəstəliklərini sağaldan dərmanlar da daxil olmaqla üç həb üzrə aparılacaq.

Sınaqdan keçiriləcək ilk dərman "Plaquenil”dir. Bu dərman malyariya və Ebolanın müalicəsində effekt verib.

Norveç Araşdırma Şurasının baş direktoru Con-Arne Rottingen bildirib ki, malyariya dərmanı iltihabı azaldır və parazitlərə qarşı təsirlidir. Bu isə müalicədə təsiredici faktor ola bilər. Lakin o, Ebola və başqa virusların qarşısını alan dərmanların yeni növ koronavirusa qarşı da eyni nəticəni göstərəcəyinin hələlik məlum olmadığını da vurğulayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->