Xəbər lenti

Bu ölkələrdə topa başla vurmaq qadağan edildi
İdman 21:21 26.02.2020

Bu ölkələrdə topa başla vurmaq qadağan edildi

İngiltərə, Şotlandiya və Şimali İrlandiyada 12 yaşadək futbolçuların məşq zamanı topa başla zərbə vurmaları qadağan edilib.

"Qafqazinfo" Türkiyənin "NTVSpor” portalına istinadla xəbər verir ki, bu qadağaya səbəb uşaqlarda ciddi fəsadlarla nəticələnə bilən kəllə-beyin travmalarının qarşısını almaqdır. Bu qadağanın tədricən 12-16 yaşlı yeniyetmələrə də tətbiq olunacağı bildirilib.

Qeyd edək ki, qadağalar yalnız təlim-məşq toplanışlarında qüvvədə olacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->