ABŞ viza tələblərinin sərtləşdirildiyi ölkələrin siyahısını genişləndirmək niyyətindədir.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, siyahıya Belarus və Qırğısıztanın əlavə edilməsi gözlənilir.
Siyahı əvvəlcə bəzi müsəlman ölkələrindən olan miqrantların ölkəyə girməsinə 120 günlük qadağa tətbiq edən Trampın immiqrasiya fərmanı üçün tərtib edilmişdi. Sonradan qanun sadələşdirildi və indi həmin siyahıda cəmi 7 ölkənin adı var. Bunlar İran, Liviya, Suriya, Somali, Yəmən, Venesuela və Şimali Koreyadır.
Eyni zamanda Ağ Ev rəhbəri müsahibələrinin birində siyahıya yeni ölkələrin əlavə edilə biləcəyini demişdi. Həmin ölkələrin adları açıqlanmasa da, məlumatlı mənbələrə görə, bu ölkələr Belarus, Erireya, Qırğızıstan, Myanma, Nigeriya, Sudan və Tanzaniya ola bilər.
Həmçinin siyahıda yer alan ölkələrin vətəndaşları üçün ABŞ-a daxil olmaq tamamilə qadağan deyil və tələblərin sərtləşdirilməsi müəyyən viza növlərinə şamil ediləcək.
Camal
Şərhlər