Ekonomiks 10:13 07.04.2021

Bu, manatın dollara nisbətən möhkəmlənəcəyi demək deyil - Deputat

"Hələlik dolların səbət valyutalara nisbətən ciddi dəyər itirməsi proqnozlaşdırılmır”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Böyük Britanıya, eləcə də Avropa Birliyi ölkələrində müşahidə edilən iqtisadi bərpa fonunda avro və əksər səbət valyutalar dollara nisbətən möhkəmlənib:

"Dollar dünənki birjada avroya nisbətən 0.4 faiz dəyər itirib. Avropada intensivləşən vaksinasiya prosesi də avronun xeyrinə işləyib”.
 
 

Deputat qeyd edib ki, aparıcı valyutalara nisbətən dəyər itirən dollar inkişaf etməkdə olan ölkələrin valyutaları ilə müqayisədə güclü mövqeyini qoruyub saxlayıb:

"Əksər region ölkələrində ABŞ pulunun milli valyutalara təzyiqi qalmaqdadır. Aparıcı valyutalara nisbətən ABŞ pulunun zəifləməsi, manatın dollara nisbətən möhkəmlənəcəyi anlamına gəlməməlidir”.

Bahar Rüstəmli