Naringi qabıqlarını atmamağınızı məsləhət görürük...
Qış aylarının sevimlisi, C vitamininin mənbəyi indi də qabıqları ilə sizi təəccübləndirəcək.
"Qaynarinfo” sizə naringi qabığının nə kimi faydaları olduğunu söyləyəcək:
1. Ayaqda yaranan göbələk
Naringi qabıqları ayaqda yaranan göbələyi sağaltmaq üçün əla vasitədir. Belə ki, tərkibində olan qaz və müxtəlif birləşmələr mikrobları öldürərək göbələk kimi xroniki mikrobları məhv etməyə kömək edir.
2. Öskürək
Naringi və naringi qabıqları tərkibində olan antioksidantlar sayəsində mikrobları öldürərək öskürəyin aradan qalxmasına yardım edir. Bunun üçün qurudulmuş naringi qabıqlarını dəmləyin, 2 həftə sərin yerdə saxlayıb suyunu süzərək için.
3. Həzm sistemini asanlaşdırır
Bunun üçün naringi qabıqlarını toz halına gətirərək yeməklərinizin üzərinə səpin.
4. Bronxit
Yeməkdən əvvəl 2 xörək qaşığı naringi qabığının üzərinə 1 qəhvə fincanı su töküb içsəniz bronxit problemindən tədricən xilas ola bilərsiniz.
5. Otağınız üçün aroma
Naringi qabıqlarının aromatik qoxusu olduğu hər birimizə məlumdur. Bunun üçün qurudulmuş qabıqları şamdana qoyun. Bir kənardan közərdilən qabıq otağa xoş qoxu bəxş edəcək.
6. Naringi qabığı çayı
Qabıqları qurudaraq dəmləyəcəyiniz bu çay lif və vitamin deposu olacaq. Dəmləyəcəyiniz bu çay eləcə də qrip, soyuqdəymə kimi bir çox xəstəliklərdən qorunmağa kömək edəcək.
7. Kosmetik vasitə
Bir sıra kosmetik şirkətlərin istifadə etdiyi naringidən özünüz də evdə heç bir kimyəvi maddə qatmadan istifadə edə bilərsiniz. Bir kasaya 2 çay qaşığı naringi, portağal və qreyfurt qabığı rəndəsi qoyun. Daha sonra üzərinə 2 xörək qaşığı bal əlavə edin. Maskanı üzünüzə çəkib 15 dəqiqə sonra yuyun. Maska üzünüzdən ölü dəriləri təmizləyəcək, daha təravətli üz dərisinə sahib olacaqsınız.
Nərmin Həsənli
Qaynarinfo.Az
Şərhlər