Xəbər lenti

Bu qaydaları pozanlar cəzalana bilər
Ölkə 19:40 14.02.2018

Bu qaydaları pozanlar cəzalana bilər

Qaz çəkilişi zamanı müvafiq qaydalara əməl etməyən şəxslər, sakinlərin özü və ya çəkilişin müvafiq qaydalara uyğunluğu barəsində rəy verən qurum məsuliyyət daşımalı, əgər hər hansısa nöqsan və ya qayda pozuntusu ucbatından bədbəxt hadisə baş verərsə, onda həmin qurum, ya da bu qaydalara əməl etməyən vətəndaş cinayət məsuliyyətinə cəlb olunmalı, cərimə verməli və daha ciddi cəzalar almalıdırlar.

Bu təklifi Oxu.Az-a açıqlamasında millət vəkili Elmira Axundova dilə gətirib.

O xatırladıb ki, parlamentin son plenar iclasında "Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb və qəbul olunub:

"Hesab edirəm ki, bir sıra dəyişiklikləri nəzərdə tutan həmin qanun layihəsinin işlənib-hazırlanması zamanında və yerində atılmış addımdır. Yaxşı haldır ki, müvafiq icra hakimiyyəti orqanı qaz təchizatına nəzarət edilməsi üçün yeni qurum yaradır. 

Çünki bu istiqamətdə son zamanlar, xüsusilə də qış aylarında çoxsaylı mübahisə doğuran və problemli məqamlar ortaya çıxmaqdadır. 

Məsələn, binaların və mənzillərin qazlaşdırılması zamanı texniki təhlükəsizlik və istismar qaydalarına əməl olunmasına, qazpaylayıcıların, qaz qurğularının yararlı və ya yararsız olub-olmamasına nəzarət edilməsi daha da gücləndirilməlidir. 

Məsuliyyətsizlik nəticəsində neçə-neçə ailələr, insanlar əziyyət çəkir, evlərini və ya həyatlarını itirirlər.

Belə bədbəxt hadisələr hətta yeni inşa edilmiş binalarda da baş verir. Buna misal olaraq qaz sızması nəticəsində "28 May” metrostansiyası ilə üzbəüz, Dəmiryol vağzalı meydanında yerləşən yeni tikilidə baş verən partlayışı göstərmək olar. 

Bu zaman bir insan həyatını itirib, binaya böyük maddi ziyan dəyib, ailələr hələ də evlərinə qayıda bilmir. 

Kimsə bu məsələyə görə məsuliyyətə cəlb olunmalıdır, bizdə isə belə hallarda müqəssirləri tapmaq çox çətindir, hamı bir-birinin üstünə atır.

Ona görə hesab edirəm ki, gələcəkdə həmin qanuna növbəti əlavə və dəyişikliklər edilməlidir. Yəni, mənim şəxsi fikirimcə, qaz çəkilişi zamanı müvafiq qaydalara əməl etməyən şəxslər, sakinlərin özü və ya çəkilişin müvafiq qaydalara uyğunluğu barəsində rəy verən qurum məsuliyyət daşımalı, əgər hər hansısa nöqsan və ya qayda pozuntusu ucbatından bədbəxt hadisə baş verərsə, onda həmin qurum, ya da bu qaydalara əməl etməyən vətəndaş cinayət məsuliyyətinə cəlb olunmalı, cərimə verməli və daha ciddi cəzalar almalıdırlar.

Bir sözlə, gələcəkdə adıçəkilən qanuna bu istiqamətdə lazımi dəyişiklik və əlavələrin edilməsinə, qanunun daha da sərtləşdirilməsinə, ən əsası isə belə hadisələrə görə məsuliyyət daşıyan qurumun aydınlaşdırılmasına böyük ehtiyac var”.  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->