Sabah Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz” məlumat yayıb.
"Qaz İxrac” İdarəsinə məxsus "Zaqatala” QPS-də quraşdırılmış qaz qızdırıcı sobanın texnoloji hissəyə birləşdirilməsi ilə bağlı 03.12.2021-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək "Zaqatala” QPS-dən qaz təchizatı dayandırılacaq. Təmir müddətində Zaqatala şəhəri və rayonun 10 kəndinin qaz təchizatında fasilə yaranacaq. Müvəqqəti narahatlığa görə abonentlərimizdən üzr istəyirik!”, - məlumatda qeyd olunub.
Şərhlər