Bu şəxslər 100 manat cərimələnəcək

Bu şəxslər 100 manat cərimələnəcək

Energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.

Qaynarinfo-nun məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub. Layihə Milli Məclisdə qəbul olunacağı təqdirdə bu siyahıya energetik içkilər də daxil ediləcək.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR