Ölkə 11:36 20.09.2021

Bu şəxslər koronavirusa təkrar yoluxduqda ağır keçirir

Adətən koronavirusa təkrar yoluxma halları çox az rast gəlir və təkrar xəstələnmə bir qayda olaraq əvvəlkindən yüngül keçir. Lakin istisnalar da mövcutdur, bu çox güman ki, həmin şəxsdə immun sistemin zəif olması və ya yanaşı xroniki xəstəliklərin olması ilə əlaqədardır.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

T.Eyvazov bildirib ki, mutasiya olmuş virusların orqanizmdə movcud anticisimlərdən yalnız hissəvi yayınmasının mümkünlüyünü nəzərə alaraq bu qaydanın digər mutasiya olmuş ştamlarla da təkrar yoluxma hallarına aid etmək olar:

"Təbii ki, mutasiya olunmuş ştama qarşı əmələ gələn anticisimlər cüzi olaraq əvvəlkilərdən fərqlənə bilər. Lakin bunu hazırda istifadə etdiyimiz rutin seroloji testlər aşkar etmir”.