Ölkə 17:16 28.10.2021

Bu silahlı qruplaşmanın tərkibində döyüşən 6 azərbaycanlı ödürüldü

Suriyanın Latakiya bölgəsində yerləşən Cəbel ət-Türkmən şəhərində 6 azərbaycanlı döyüşçü öldürülüb.

Qayanrinfo modern.az-a istinadən xəbər verir ki, "Cundulla” qruplaşmasının tərkibində döyüşən azərbaycanlılar "Əl Qaidə”yə bağlı "Hayat Təhrir əş-Şam” qruplaşması ilə döyüşlərdə həyatlarını itiriblər.

"Cundulla”nın azərbaycanlı komandiri Əbu Hənifə əl-Azəri də öldürülənlər arasındadır.

"Hayat Təhrir əş-Şam”ın lideri Əbu Məhəmməd əl-Culani ilə əldə olunmuş razılaşmaya görə, "Cundulla” qruplaşmasının sağ qalan üzvləri Cəbel ət-Türkmən şəhərini tərk edəcək və İdlib vilayətinə qayıdacaq.

Öldürülən azərbaycanlıların adları hələlik açıqlanmır.