Xəbər lenti

Bu simptomlar infarktın yaxınlaşmasını göstərir
Sağlamlıq 23:18 20.05.2018

Bu simptomlar infarktın yaxınlaşmasını göstərir

İnfarkt keçirmiş insanların bir çoxu sağalmağa başlayanda həkimlərlə söhbətlərdə xatırlayırlar ki, infarktdan bir müddət əvvəl onlarda bəzi kiçik pozulmalar əmələ gəlirdi.

Məhz belə cüzi pozulmalar bir çox hallarda infarktın yaxınlaşmasına işarə edirdi, lakin insanlar onlara fikir vermirdi və həkimə müraciət etmirdi. Nəticədə isə...

Qaynarinfo saglamolun.az-a istinadən bildirir ki, ABŞ alimləri infarkt keçirmiş insanların iştirakı ilə geniş araşdırma aparıblar. Araşdırma zamanı infarktdan bir neçə ay əvvəl xəstələrin səhhətində baş verən dəyişikliklər haqqında məlumat toplanırdı. Məlum olub ki, infarkt keçirmiş bir çox insanlarda xəstəxanaya düşdükdən bir müddət əvvəl bəzi oxşar simptomlar meydana çıxırdı:

1. Artan və ya təzə əmələ gəlmiş təngənəfəslik. Məsələn, insan birdən-birə hiss edirdi ki, hər gün qalxdığı pilləkəni artıq çətinliklə qalxır və ya piyada az bir məsafə keçəndən sonra təngənəfəs olur.

2. Uzunsürən, sağalmayan soyuqdəymə. Qan dövranı pozulduqda insan orqanizmi zəifləməyə başlayır ki, insan tez-tez soyuqdəymə xəstəliklərinə tutulur və ya sağalma çox uzun çəkir.

3. Sinədə yüngül ağrılar. İnsanlar adətən buna fikir vermir. Lakin həkimlər sinədə istənilən ağrılara qarşı daha diqqətli olmağa çağırır.

4. Yorğunluq. Səbəbsiz yorğunluq, günorta vaxtı yuxulu olmaq, gecə vaxtı isə əksinə yuxusuzluq infarktın yaxınlaşmasına işarə edə bilər.

5. Başgicəllənməsi. Başgicəllənməsi tez-tez təkrarlanırsa, diqqətli olun. Bu da çox ciddi simptomdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->