Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli tanınmış vəkil, milli azadlıq hərəkatının öncüllərindən olan Qurban Məmmədovun həbsini pisləyir və bunu siyasi hakimiyyətin fərqli düşüncə daşıyıcılarının təqib olunması kimi qiymətləndirir.
Bunu Qulamhüseyn Əlibəyli “Qafqazinfo”ya açıqlamasında bildirib. Q.Əlibəylinin sözlərinə görə, Q. Məmmədovun həbsi seçkiöncəsi siyasi gərginliyi süni şəkildə şişirdilməsinə xidmət edir:
“Hakimiyyət rəqibləri ilə siyasi polemikaya girmək əvəzinə, onları zorakı və qanunsuz yollarla susdurmaq kursunu davam etdirir. Hakimiyyət siyasi təqibləri dayandırmalı, fərqli düşüncə daşıyıcılarına qarşı dözümlü olmalıdır. Əgər Qurban Məmmədov da daxil olmaqla vicdan məhbusları azad edilməyəcəksə, seçkiöncəsi normal rəqabət mühitinin yaradılacağı ilə bağlı hakimiyyətin vədləri vəd olaraq qalacaq. Hakimiyyət bu addımları ilə cəmiyyəti qarşıdurmaya sürükləyir. Bunun da məsuliyyəti məhz hakimiyyətin öz üzərinə düşür”.
Şərhlər