Gündəlik həyatda istifadə edə biləcəyimiz bükülən cihazlar hələ ki yoxdur. Amma “Kyocera” firması “Proteus” anlayışı ilə deyəsən belə cihazların istehsalına başlamaq istəyir.
Texnobaz.com-un verdiyi xəbərə görə, Kyocera əslində çox da yaxşı tanımadığımız böyük bir Yapon firmasıdır. Kamera, fotokopiya maşınları, müxtəlif proqramlar, elektron parçalar, dövrələr, optik məhsullar və hətta günəş panelləri belə istehsal edən bir firmadır. Kyocera-nın maraqlı məhsul növləri arasında bükülə bilən ekranlar da var. Proteus adlı konspektdə də firma bunu göstərir.
Yunan mifologiyasında formasını dəyişən bir dəniz tanrısı olaraq izah edilən Proteus, Kyocera-nın yeni anlayış cihazına həm ilham vermiş, həm də ad atalığı etmişdir. Kyocera Proteus elastik və bükülə bilən bir ekran dizaynına sahibdir. CEATEC istehlakçı elektronikası sərgisində tanıdılan cihaz normalda çərçivəsiz bir ağıllı telefon kimi görünür. Amma istəyinizdən asılı olaraq, diyirlənib bir qolbaq və ya ikiyə qatlayıb kəmərinizə keçirə biləcəyniz bir telefon olacaq.
Qaynar.info
Şərhlər