Dünya 14:33 24.03.2019

Bu türk dövlətinin paytaxtının adı dəyişdirilə bilər

Qırğızıstanın paytaxtı Bişkekin adının dəyişdirilməsi təklif olunub.

Qaynarinfo xəbər verir ki, belə bir təkliflə Qırğızıstan Prezident Aparatının keçmiş rəhbəri Emilbəy Kaptaqayev çıxış edib.

Keçmiş aparat rəhbəri Bişkekin adının dəyişdirilərək Manas qoyulmasını təklif edib. Emilbəy Kaptaqayev Bişkek adının paytaxtın rayonlarından birinə -Sverdlovska verilməsi təklifi ilə çıxış edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilərək ölkənin ilk prezidenti Nursultan Nazarbayevin şəfərinə Nur-Sultan adlandırılıb.