Bu xəstələr xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaq

Bu xəstələr xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaq

Əgər özündə COVİD-19 xəstəliyinin əlamətini hiss edən insan poliklinikaya gələcəksə, onu oradan qovmayacaqlar.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib. Onun sözlərinə görə, belə şəxslər COVİD məntəqəsinə göndəriləcəklər. Bu məntəqələr ya ayrı bir tikilidə, ya da poliklinikaların ayrı bir girişində olacaq:

"Bu, ona görədir ki, COVİD-19 xəstələrinin digər insanlarla ünsiyyəti baş verməsin. Həmin məntəqələrdə belə xəstələrin müayinəsi aparılacaq, vəziyyəti qiymətləndiriləcək və test götürüləcək. Bu insanlar daha sonra xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaqlar”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image