Ölkə 10:15 25.09.2021

Bu xəstəxanaya yeni baş həkim təyin edildi (FOTO)

Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya baş həkim təyin edilib.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, ixtisasca ümumi cərrah olan İlkin İsmayılov bundan əvvəl də Gəncə şəhərindəki özəl klinikalardan birində uzun müddət baş həkim işləyib.

Qeyd edək ki, o, 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İlkin İsmayılov 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında, 2009-2016-cı illərdə isə Qazi Universitetinin Ümumi Cərrahiyyə kafedrasında fəaliyyət göstərib.