Ölkə 12:51 29.10.2020

Bugünkü döyüşlərdə aviasiya vasitələri tətbiq olunmayıb (RƏSMİ)

Ermənistan tərəfinin guya bu gün aviasiya vasitəsilərimizin tətbiqi ilə Ağdərə şəhərinə zərbələr endirilməsi barədə yaydığı xəbər dezinformasiyadır.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb", - məlumatda vurğulanıb.