Foto 20:27 16.10.2019

Bundan sonra avtobuslarda wi-fi, su, çay, qəhvə servisi də olacaq (FOTO)

18 oktyabr tarixindən etibarən Şəki və Mingəçevir istiqamətinə gecə reysləri fəaliyyətə başlayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, avtobuslar kifayət qədər komfortludur.

"Bütün reyslər "Neoplan" markalı avtobuslarla həyata keçirilir.

Yol boyu sürətli wi-fi, su, çay, qəhvə servisi də öz yerində.

Oktyabrın 1-dən Gəncə və Qırmızı Körpü istiqamətində də reyslər fəaliyyət göstərir.

Avtobusların yola düşmə saatları:

• Bakı - Mingəçevir - 23:30
• Mingəçevir - Bakı - 01:00
• Bakı - Şəki - 23:30
• Şəki - Bakı - 23:30