Sağlamlıq 13:17 23.02.2021

Bunlar insanın qocalmasını sürətləndirir

Həkimlər ömrünü uzatmaq üçün aradan qaldırılması lazım olan pis vərdişlərin siyahısını hazırlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə replyua.net yazıb.

Mütəxəssislər siqaret və alkoqoldan, xüsusən dərinin vəziyyətinə mənfi təsir edən likör və şəkərli kokteyllərdən imtina etməyi məsləhət görürlər. Siqareti tamamilə atmaq problemlidirsə, gündə çəkilən siqaretlərin sayını azaltmaq və acqarına çəkməmək məsləhətdir.

Digər təhlükəli vərdiş yuxuya laqeyd yanaşmaqdır. Gündə 8 saatdan az istirahət və yuxu olmaması depressiya və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.

Daimi sərt diyetalar, həddindən artıq şəkər istehlakı və oturaq həyat tərzi də yaşlanmanı daha da yaxınlaşdıra bilər. Bundan başqa həkimlər yay aylarında günəş şüalarından qorunma vasitələrini unutmamağı məsləhət görürlər.
 
Alpər