Dünya 10:59 12.04.2019

Burada selfie çəksəniz, edam oluna bilərsiniz

Taylandda son zamanlar belə bir məsələ gündəmə gəlib ki, sahilə yaxın keçən təyyarələrlə selfie çəkdirən turistlərə ağır cəza verilsin.
 
Qaynarinfo xəbər verir ki, edama qədər çatan cəzanın səbəbi turistlərin selfie çəkdirərkən pilotların diqqətini yayındırmasıdı. Belə ki, Taylanddakı Mai Xao sahili qumlu çimərlikləri və çox alçaqdan keçən təyyarələri ilə turistlərin maraq dairəsindədir.
 
Buna görə də yerli xalq edam və ya böyük məbləğdə pul cəzasına etiraz edir. Onlar belə bir cəzanın tətbiq olunacağı halda turistləri itirəcəklərini düşünürlər. 
 
Qeyd edək ki, Taylandda 1935-ci ildən etibarən 326 nəfər edam olunub.