Dünya 19:22 12.04.2021

Bürclərə görə, ən sadiq kişilər onlardır - Ekstrasens

"Ekstrasenslərin döyüşü"nün qalibi Mehdi İbrahimi Vəfa bürc işarəsinə görə ən sadiq və qayğıkeş kişilərin ilk Top-5-i elan edib. 

Son yerdən başlayaq. Beşincisi Xərçənglərdir. Duyğulara boyun əyir və flört etməyə meyllidirlər, amma ciddi birinə aşiq olurlarsa, deməli, bu bütüq ömür üçündür.

Tərəzi dördüncü yerdədir. Çox mülayimdirlər və hər qərarı götür-qoy edirlər. Bu, həyat yoldaşı seçərkən onları çox sadiq edir.

Oxatan üçüncü yeri tutur. Onlar monoqam insanlara aiddirlər, öz duyğularını xarici soyuqqanlılıq arxasında gizlədirlər.

Şirlər ikinci yeri tuturlar. Onlar üçün seçdikləri qadınlar özlərinin bir hissəsi olur, buna görə xəyanəti özlərinə xəyanət kimi olur. Şirin hissləri gerçəkdirsə, o zaman o, hisslərinə çox sadiq qalacaq.

Birinci yer Qoçlarındır. Çox faktlar var ki, onlar aşiq olublar və bu, bir ömürlük olub. Nigahları məktəb illərindən başlayan sevgidən gəlir. Həqiqətən kimisə sevirlərsə, bunu öz qismətləri hesab edirlər. 
 
Alpər