Foto 16:22 28.01.2018

Türk ordusu Burseya dağını ələ keçirdi (FOTOLAR)

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində həyata keçirdiyi anti-terror "Zeytun budağı" əməliyyatı nəticəsində strateji əhəmiyyətli Burseya dağı ələ keçirilib.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, gecə boyu TSQ və Azad Suriya Ordusu tərəfindən edilən hücumdan sonra Burseya dağı PKK terror təşkilatının Suriya qolu olan YPG-PYD-dən azad edilib. Bununla, 20 yanvarda start götürmüş əməliyyat zamanı ələ keçirilən ərazilərin sayı 18-ə çatıb. Burseya dağı ilə bərabər 13 kənd, 1 yaşayış məntəqəsi və 4 strateji təpə TSQ nəzarətindədir. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çorum şəhərində çıxışı zamanı Burseya dağının azad edilmək üzrə olduğunu dilə gətirmişdi.

Qeyd edək ki, bu günə qədər 484 terrorçu zərərsizləşdirilib.

Gülşən