Dünya 17:44 27.11.2021

BVF: “Şimal axını-2” üzündən Ukrayna ildə 1 milyard dollardan çox itirəcək

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir ki, "Şimal axını 2” qaz kəmərinin açılışından sonra Rusiya ilə tranzit sazişinin müddəti 2024-cü ildə başa çatana qədər Ukraynanın illik büdcə itkiləri 1 milyard dollardan çox olacaq.

Qaynarinfo xəbər verir ki, tədqiqatın müəlliflərinin fikrincə, son beş ildə Kiyev Rusiya qazının vurulması üçün hər il orta hesabla 2,5 milyard dollar əldə edib. Mütəxəssislərin fikrincə, bu il ölkənin tranzit gəlirləri təxminən 40% azalacaq və yeni kəmər istifadəyə verildikdən sonra nasosun həcmi azalmaqda davam edəcək. Ehtimallara görə, Ukraynanın azalmış tranzitdən əldə etdiyi gəlirlər ildə təxminən 1,2 milyard dollar təşkil edəcək.

Fondun analitikləri qeyd edirlər ki, qaz kəmərinin tikintisinin başa çatması Ukraynanın enerji təhlükəsizliyini "daha da həssas” edəcək.

Bundan əvvəl "Naftoqaz”ın rəhbəri Yuri Vitrenko Kiyevin "Şimal axını 2” layihəsinin işə salınmasından hər il təxminən 2 milyard dollar itirəcəyini bildirmişdi.
 
Alpər