Xəbər lenti

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnast Avropa çempionatında medal qazandı (FOTO)
Foto 20:27 23.04.2021

Böyük Britaniyanı təmsil edən azərbaycanlı gimnast Avropa çempionatında medal qazandı (FOTO)

İsveçrənin Bazel şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Azərbaycan əsilli Böyük Britaniya atleti medal qazanıb.

Qaynarinfo-nun xəbərinə görə, bu, 16 yaşlı Cesika Qədirovadır.

O, çoxnövçülükdə Rusiya idmançılarının ardından üçüncü olub və bürünc medal qazanıb.

Qeyd edək ki, onun əkiz bacısı Cenifer də gimnastdır. Onlar İrlandiyanın paytaxtı Dublində doğulsalar da, sonradan İngiltərəyə köçüblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->