ABŞ-ın Luiziana ştatında qeydə alınan kütləvi kiberhücum Yeni Orleanda fövqəladə vəziyyət rejiminin tətbiqinə səbəb olub.
Qaynarinfo xəbər verir ki, müvafiq qərarı Latoya Kantrel şəhərinin meri qəbul edib. Bu barədə o, öz "Twitter" səhifəsində yazıb.
Bir gün əvvəl şəhərin internet şəbəkəsində "şübhəli fəaliyyət" müşahidə olunub, bu da mütəxəssislərin fikrincə, yaşayış məntəqəsinin təhlükəsizliyinə təhdid yaradıb.
Mütəxəssislər təhlükəsizlik tədbiri olaraq şəhərin İT şöbəsi serverləri bağlayıb.
Alpər
Şərhlər