Bu gün infarkt keçirən, ürəyindən əməliyyat olunan "Bakı"nın və "Neftçi"nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin hazırda durumu ağırdır.
Qaynarinfo xəbər verir ki, bu haqda futbolxeber.az saytına məşqçinin böyük oğlu Yusif Hacıyev məlumat verib:
"Böyükağa müəllim beynindəki problemlə əlaqədar Moskvaya əməliyyata getməliydi. 1 həftə idi ki, "Modern Hospital"da palata vəziyyətində müalicə alırdı. Tezliklə Moskvaya yollanmalıydıq. Amma bu gün qəfildən ürək ağrısı tutdu və ardınca infarkt keçirdi. Dərhal əməliyyat olundu, ürəyinə stend qoyublar. İndi gözləyirik ki, ürəyi normal vəziyyətinə gəlsin. Ola bilər ki, ikinci əməliyyata da ehtiyac duyulsun. Hazırda əlimizdən gözləməkdən başqa heç nə gəlmir".
Şərhlər