Sənət 14:32 02.04.2020

Üç “Emmi”, bir “Qremmi” mükafatçısı 53 yaşında koronavirusdan öldü

Amerikalı məşhur musiqiçi və mahnılar müəllifi Adam Şlezinger ABŞ-da 53 yaşında, koronavirusun səbəb olduğu fəsadlara görə dünyasını dəyişib. 

Qaynarinfo bu barədə "Variety"yə istinadla xəbər verir.

Qeyd olunur ki, musiqiçi bir həftədən çox Nyu Yorkda bir xəstəxanada müalicə edilib.

Şlezinger "Fountains of Wayne” qrupunun yaradıcılarından biridir. Üç "Emmi”, bir "Qremmi” mükafatı alıb.
 
Alpər