Qazaxıstanın 5 vilayətində 2019-cu ilin sonuna kimi canavarların ovlanması qadağan olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyi qərar qəbul edib.
Qadağa Akmola, Qərbi Qazaxıstan, Qaraqanda, Kostanay və Pavlador vilayətlərində tətbiq edilib. Buna səbəb həmin vilayətlərdə canavarların sayının azlıq təşkil etməsidir.
Canavarlara zərər vermək yalnız onların ev heyvanlarına və yaşayış məntəqələrinə hücumu zamanı icazəlidir.
Şərhlər