İstanbul Texniki Universitetinin müəllimi Prof. Dr. Övgün Əhməd Ərcan canlı yayında İstanbul zəlzələsi ilə bağlı çox əhəmiyyətli açıqlamalar verib.
Qaynarinfo xəbər verir ki, professor İstanbulda iki böyük zəlzələ gözlədiyini deyib.
"Bir yerdə böyük bir zəlzələ olubsa, orada ən azı o gücdə bir zəlzələ gözləyirik. Onlardan biri Küçükçəkməcə xəttində, digəri bir zəlzələ isə Mudanyadan gəlib Çorludan Ədirnəyə gedən xətt üzərində meydana gələcək.
Şimali Mərmərə bu günə qədər 16 böyük zəlzələ görüb. Növbətisini gözləyirik. İstanbulda Haliç xəttinin altında qalan Asiya və Avropa tərəfindəki bütün bölgələr zəlzələ riski altındadır. Zəlzələ gözlədiyim il 2045-dir”, - professor Ərcan bildirib.
Alpər
Şərhlər