"Görünür, müsahibəni diqqətlə oxumayıblar. Mən demişəm ki, xəstəlik şərti olaraq ölümlə nəticələnə bilər".
Qaynarinfo xəbər verir ki, bunu APA-ya açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O bildirib ki, müalicələri davam edir: "Xəstəliyim ciddidir. Müalicələr davam edir. Hazırda səhhətim normaldır".
Qeyd edək ki, bəstəkar Autoimmun xəstəliyindən əziyyət çəkir.
Şərhlər