Rusiyalı aktrisa Karina Mişulina yay tətilini Bakıda keçirir.
Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, "Физрук" serialının tanınmış siması Xəzər dənizi sahilində çəkdiyi görüntüləri İnstaqram səhifəsində paylaşıb.
Karina paylaşımlarına "Nəhayət ki, çatdıq. Səfər hər zamankı kimi maraqlı və asan oldu. Yeni nəqliyyat tapdıq. Daha asan və gözəl yollarla gəlir. İlk işimiz dənizə qaçmaq oldu. Xəzər dənizinə heyranam. Çox yerdə olmuşam, amma Xəzər məni özünə aşiq edib. isti, təmiz, ən əsası isə sağlam.Burada yod çoxdur.Ondan sonra orqanizm yenidən bərpa olunur. Bu havanı içinə çəkməmək mükün deyil" deyə, yazıb.
Qeyd edək ki,aktrisa 2015-ci ildə həyat yoldaşı İvan Korobovdan məhz Bakıda evlilik təklifi alıb.
Şərhlər