Sənət 16:22 21.10.2021

"Cəbrayıl əfsanəsi"nin təqdimat mərasimi olacaq (FOTO)

Yazıçı-publisist Azad Qaradərəlinin "Cəbrayıl əfsanəsi" romanının təqdimat mərasimi keçiriləcək.

Qaynarinfo xəbər verir ki, mərasim oktyabrın 23-ü, saat 15.00-16.00 arası Bookzone Kitab evində (AF Mall Ticarət Mərkəzinin yanı, 2-ci mərtəbə) baş tutacaq.

Tədbirdə qonaqlar, şəhidimizin ailə üzvləri iştirak edəcək. Kitab oxuculara hədiyyə olunacaq. 

Qeyd edək ki, roman Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadəyə həsr olunub.