Cəbrayıl Xanlarovun rəis olduğu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məhkəməyə verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sözügedən dövlət qurumuna qarşı inzibati xətalar məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan inzibati xəta 528.1 maddəsi ilə məhkəmə qaldırılıb.
Məhkəmə Nəsimi rayon Məhkəməsində Solmaz Mustafayevanın sədrliyi ilə keçirilib.
Qeyd edək ki, 528.1 maddəsində göstərilir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Şərhlər