Cəlilabad rayonunda bir ailədən iki gəlinin yoxa çıxmasının təfərrüatı məlum olub.
Rayonun Təzəkənd sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, gəlinlər gecə saat 12:00-da evdən çıxıb:
"Gəlinlər evdar qadındı. Birinin iki, digərinin isə bir uşağı var. Onların taleyi qaranlıqdır, bilinmir ki, evdən gediblər, yoxsa qaçırılıblar. Gedərkən uşaqlarını da götürməyiblər. Gəlinlərin həyat yoldaşları evdə söz-söhbət düşmədiyini deyir. Gəlinlər iki gün öncə gecə saat 12:00-da evdən qonşuya getmək adı ilə çıxıblar. Bir saatdan sonra onların qayıtmadığını görəndə narahat olublar. Maraqlananda məlum olub ki, gəlinlər qonşuda çox oturmayıblar. Ailə 102-yə zəng edib. Hüquq–mühafizə orqanlarına müraciət edilib, bütün kənd gəlinləri axtarır”.
Bahar Rüstəmli
Şərhlər