Xəbər lenti

Çempionlar Liqası:
İdman 00:54 17.09.2025

Çempionlar Liqası: "Qarabağ" Portuqaliyadan zəfərlə dönür

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.

Qaynarinfo-nun məlumatına görə, "Eştadiu da Luş" stadionunda reallaşan matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.

Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

Bundan sonra özündə güc tapan Azərbaycan çempionu matçda geri dönüş yarada bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. "Qarabağ"ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.

Çempionlar Liqası
Liqa mərhələsi
I tur

16 sentyabr
Benfika (Portuqaliya) - Qarabağ (Azərbaycan) 2:3
Qollar: Entso Barreneçea, 6. Vangelis Pavlidis, 16 - Leandro Andrade, 30. Kamilo Duran, 48. Aleksey Kaşuk, 87.
Benfika: 1. Anatoli Trubin, 26. Samuel Dal, 4. Antonio Silva, 30. Nikolas Otamendi (k), 17. Amar Dediç, 20. Riçard Rios, 5. Entso Barreneçea, 10. Georgi Sudakov, 21. Andreas Şelderup, 8. Fredrik Oursnes, 14. Vangelis Pavlidis.
Ehtiyat oyunçular: 24. Samuel Soares, 3. Obrador, 9. İvanoviç, 18. Barreyro, 25. Prestianni, 39. Henrike Araujo, 44. Tomas Araujo, 64. Gonsalo Oliveyra, 68. Joao Veloso, 71. Leandro Santos, 84. Joao Reqo, 86. Dioqo Prioste.
Baş məşqçi: Bruno Laje.
Qarabağ: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 3. Mmaee 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 11. Emmanuel Addai, 6. Kris Kuaku, 27. Toral Bayramov, 18. Dani Bolt.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Erik Lambrexts, Co De Veird, Kevin Monteni, Natan Verbumen (Belçika).
VAR: Bram Van Driessçe (Belçika).
AVAR: Fedayi Sun (Belçika).
Lissabon, "Eştadiu da Luş" stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->