Xəbər lenti

Gizli məzarlardan onlarla cəsəd tapıldı
Dünya 18:45 16.09.2025

Gizli məzarlardan onlarla cəsəd tapıldı

Kolumbiyanın Narino bölgəsində aparılan qazıntılar zamanı gizli məzarlardan 22 cəsəd aşkarlanıb.

Qayanrinfo xəbər verir ki, hökumət ilə silahlı qruplar arasında aparılan danışıqlar çərçivəsində Samanyeqo, Santakrus de Quaçaves və Kumbal bələdiyyələrinin kənd ərazilərində axtarış işləri həyata keçirilib.

Sülh üzrə yüksək komissarlığın məlumatına görə, kütləvi məzarlardan çıxarılan cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi üçün prosesə başlanılıb. Qurum bu işlərin zorakılığın azaldılması, bölgənin transformasiyası və itkin düşmüş şəxslərin tapılması istiqamətində atılan addımların bir hissəsi olduğunu bildirib.

Hökumətə bağlı komissarlıq, silahlı qarşıdurmalarda həlak olan və itkin düşən şəxslərin tapılması məqsədilə Narino və ətraf ərazilərdə silahlı qruplarla vaxtaşırı sülh danışıqları aparır. Bu qurum sülh prosesinin davam etdirilməsi, atəşkəsin möhkəmləndirilməsi, silahsızlanma və cəmiyyətə reinteqrasiya işlərini həyata keçirərək vətəndaş cəmiyyəti təşkilatları ilə də əməkdaşlıq edir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->